14 İyun 2024, 19:15
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 52-ci buraxılış mərasimi keçirilib
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 52-ci buraxılış mərasimi keçirilib şəkil
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 52-ci buraxılış mərasimi keçirilib

İyunun 14-də Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin kursantlarının 2024-cü il üzrə buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

Bu barədə “Operativ Media”ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, liseyin rəhbərliyi, professor-müəllim heyəti, kursantlar, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Hərbi orkestrin müşayiəti ilə şəxsi heyət Azərbaycan Respublikasının Dövlət Himnini ifa etdikdən sonra, liseyin Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.

Milli Müdafiə Universitetinin rektoru polkovnik Gündüz Əbdülov çıxış edərək əlamətdar gün münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Tədbirdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

Hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa etdikdən sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib. 

Son xəbərlər
Vardanyanın məhkəməsinin növbəti iclası fevralın 17-nə təyin edilib
Müharibə gedişində öldürülən azərbaycanlıların sayı açıqlanıb
İşğal illərində Azərbaycan ekologiyasına 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub
Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirildi
Moldova "Rus Evi"ni bağlayır
Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə strategiyası hazırlanıb