http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Prezident: Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin münasibətləri sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir

15 İyun 2024 , 09:56
Prezident: Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin münasibətləri sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir

Beynəlxalq hüquq normalarının kobudcasına pozulduğu və ikili standartlara əsaslanan selektiv yanaşmaların baş qaldırdığı belə bir şəraitdə milli maraqların qorunmasına hədəflənmiş və mövcud çağırışlara cavab verən siyasətin həyata keçirilməsi müstəqil dövlətlərin qarşısında duran başlıca vəzifələrdəndir.

"Operativ Media" xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.

"Son zamanlarda yeni strateji hədəflərə doğru inamla irəliləyərək dünya siyasətində yüksələn güc mərkəzinə çevrilən, beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artmaqda olan Türk Dövlətləri Təşkilatında birləşən ölkələr də analoji çağırışlarla üzləşirlər. Yeni ittifaq modeli kimi dünyanın diqqət mərkəzində olan bu təşkilatda təmsil olunan ölkələrin sıx həmrəylik şəraitində dostluq və qardaşlıq prinsiplərinə, qarşılıqlı anlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətləri həm milli və regional səviyyədə, həm də qlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir", - deyə müraciətdə qeyd olunub.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb

Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb

Dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

Dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

COP29 Akademiyasının rəsmi açılış mərasimi keçirilib

COP29 Akademiyasının rəsmi açılış mərasimi keçirilib

XƏBƏR LENTİ
  • 22:29

    Rusiya XİN: KTMT-nin BMT əməliyyatlarına qoşulması üçün yaxşı perspektivləri var
  • 22:14

    Ukrayna və Britaniya 2,5 milyard dollar dəyərində müdafiə sazişi imzalayıb
  • 21:58

    Türkiyə Qəzzadakı hərəkətlərinə görə İsraili cəzalandırmağa çalışacaq
  • 21:45

    KİV: Polşa F-16-larını Ukraynaya verməyəcək
  • 21:30

    BMT Məhkəməsi İsraili işğal etdiyi Fələstin torpaqlarını tərk etməyə çağırıb
  • 21:16

    ABŞ iki rusiyalıya qarşı sanksiya tətbiq edib
  • 21:01

    Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb
  • 20:57

    Şuşada II Qlobal Media Forum keçiriləcək
Menyu