Putin cavab olaraq NATO Cənubi Koreya və Yaponiya ilə əlaqələri gücləndirir
Rusiya prezidenti Vladimir Putinin KXDR-ə səfəri və Rusiyanın bu ölkə, eləcə də Çin və İranla əlaqələrinin inkişafına cavab olaraq NATO Yaponiya, Avstraliya və Cənubi Koreya ilə əlaqələri gücləndirəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq mətbuata açıqlamasında bildirib.
O, həmçinin vurğulayıb ki, NATO öz təhlükəsizliyini qlobal səviyyədə təmin etmək niyyətindədir.
"Rusiya prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri bu ölkələr arasında, eləcə də Çin və İranla sıx əlaqələri təsdiqləyir. Bu həm də onu nümayiş etdirir ki, NATO təhlükəsizliyi regional deyil, qlobal xarakter daşıyır", - Stoltenberq bildirib.
"Avropada baş verənlər Asiya üçün, Asiyada baş verənlər isə Avropa üçün vacibdir. Artıq təhlükəsizliyi regional teatrlara bölmək olmaz, hər şey bir-birinə bağlıdır və biz, yəni Qərb dövlətləri birlikdə hərəkət etməliyik", - Stoltenberq qeyd edib.
Teqlər:
"Putin cavab olaraq NATO C\u0259nubi Koreya v\u0259 Yaponiya il\u0259 \u0259laq\u0259l\u0259ri g\u00fccl\u0259ndirir"