"Zəng gələndə elə hiss etdim ki, Natiqi sağ tapıblar" - Milli Qəhrəmanın qardaşı

Nərmin Qocamanlı
"Zəng gələndə elə hiss etdim ki, Natiqi sağ tapıblar" - Milli Qəhrəmanın qardaşı

"Dünən saat 20:00 - 21:00 radələrində mənə zəng etdilər ki, Natiq Qasımova "Azərbaycan Milli Qəhrəman"ı adı verilib. Mən olduğum yerdə dondum qaldım elə hiss etdim ki, Natiqi sağ tapıblar". 

"Operativ Media" xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Günə doğru" proqramında Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov bildirib.

"Biz uzun müddətdir ki, Natiqin həsrəti ilə yaşayırıq. Bizim üçün ötən gün çox çətin oldu. Həm çox sevincli idik, həm də kədərli. 

Bu sevinci bizə yaşatdığına görə Azərbaycan Prezidentinə təşəkkür edirik. Mən bilirəm ki, bu gün bütün Azərbaycan xalqı Natiqin Milli Qəhrəman adı almasına çox sevinir", - o, bildirib.

 

Digər xəbərlər