Azərbaycanlı sahibkarlar öz məhsullarını "Trendyol"da satmağa başlaya bilərlər.
"Operativ Media" Trendə istinadən xəbər verir ki, bunu Türkiyənin "Trendyol" elektron ticarət platformasının idarə heyətinin üzvü Ozan Açar qeyd edib.
"Belə bir addım iş adamlarına öz məhsullarını təkcə Türkiyə bazarında deyil, həmçinin Avropaya satmaq üçün imkanlar yaradacaq", - o qeyd edib.
O əlavə edib ki, platformaya daxil olmaq üçün azərbaycanlı satıcılar Türkiyədə nümayəndəliklərini açmalıdırlar.






