Tovuzda 36 yaşlı kişinin qatarın altında qalaraq ölməsi ilə bağlı cinayət işi açılıb

Nərmin Qocamanlı
Tovuzda 36 yaşlı kişinin qatarın altında qalaraq ölməsi ilə bağlı cinayət işi açılıb

Yanvarın 3-də saat 20 radələrində Azərbaycan Dəmir Yolları QSC-yə məxsus qatarın Tovuz rayonu ərazisindən keçən zaman 1986-cı il təvəllüdlü Tural Yaqubovu vurması və onun aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"nın sorğusuna cavab olaraq bildirilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatında hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Digər xəbərlər