YAP-ın deputatlığa namizədlərinin siyahısında Baş nazirin müavini Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlı, Komitənin keçmiş sədr müavini Səyyad Aranın və Oğuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eyvaz Qurbanovun da adı var.
"Operativ Media" xəbər verir ki, bundan başqa, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudovun da adı irəli sürülüb.
Məlumata görə, Yeni Azərbaycan Partiyası sabiq deputat, YAP Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadənin namizədliyinin Naxçıvandan irəli sürüb. Onun hələlik hansı dairədən namizəd olacağı mətbuata açıqlanmayıb.
Bundan başqa, YAP İmamverdi İsmayılovun deputatlığa namizədliyini 125 saylı Zəngilan - Qubadllı seçki dairəsindən irəli sürüb.
Bunlar sırasında Tahir Mirkişili, Ziyafət Əsgərov, Azər Badamov, Kamil Cəfərov, Nurlan Həsənov, Musa Quliyev də var.






