SİF İdarə Heyətinin sədri üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Nərmin Qocamanlı
SİF İdarə Heyətinin sədri üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xaliyev mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Fərid İsayev ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, görüşdə Osman Xaliyev SİF-in fəaliyyəti barədə ətraflı məlumat verib, həmçinin, bacarıqlı kadrların dəstəklənməsi və rəhbər şəxslərin müəyyən edilməsi baxımından “Yüksəliş” müsabiqəsinin əhəmiyyətini vurğulayıb. Bununla yanaşı, müasir idarəetmə, komanda quruculuğu və rəhbər şəxslərin kadrların inkişafında rolu barədə tövsiyələr verilib və müzakirələr aparılıb.

Digər xəbərlər