İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyiti aşkar olunub

Nərmin Qocamanlı
İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyiti aşkar olunub

2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən hərbçilərin meyitləri tapılıb.

"Operativ Media" xəbər verir ki, Abdullayev Firdovsi Mayis oğlu və Məmmədov Fərid Əjdər oğlunun Kəlbəcər rayonunun İstisu qəsəbəsində Yüzbulaq yaylağında meyit qalıqları aşkarlanıb.

Qeyd olunub ki, hərbçi Abdullayev Firdovsi Mayis oğlu avqustun 8-i Gəncə şəhəri Şəhidlər xiyabanında, digər hərbçi Məmmədov Fərid Əjdər oğlu Ağdam rayonu Orta Qərvənd kəndində dəfn ediləcək.

Digər xəbərlər