Almaniyanın aparıcı qəzetlərindən biri olan Die Welt Türkiyənin güclənən müdafiə sənayesini tərifləyib.
“Türkiyənin silahlanma gücü olaraq heyrətamiz yüksəlişi” başlıqlı xəbərdə Türkiyənin iddialı yenidən silahlanma planı həyata keçirdiyi bildirilib.
Xəbərdə Türkiyənin Almaniya ilə bu mövzuda yaşadığı pis təcrübələrdən sonra müdafiə sənayesində özünü təmin etməyə günü-gündən yaxınlaşdığı bildirilib.
Türkiyənin 20 il əvvəl Almaniyanın Krauss-Maffei Wegmann (KMW) və Rheinmetall müdafiə şirkətlərindən 1000 ədəd "Leopard 2" döyüş tankı sifariş etmək istədiyi, lakin 7 milyard avroluq razılaşmanın heç bir nəticə vermədiyi bildirilib.
"Prezident Rəcəb Tayyib Ərdoğan bunun əvəzinə Türkiyənin özünü təmin edən ölkə olmasını istəyir. Ərdoğan silah idxalına bel bağlamaq əvəzinə özünün güclü müdafiə sənayesini qurur. Bura pilotsuz uçuş aparatları, tanklar, döyüş təyyarələri, haubitsalar və s. döyüş gəmiləri daxildir."
Xəbərdə Fırtına 2-lərin Almaniyanın “PzH 2000” ilə eyni çaplı 155 millimetr olduğu bildirilib.
Ərdoğanın Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə Türkiyəni dünya ictimaiyyətinə və öz xalqına “silah sənayesinin ən yaxşısı” kimi təqdim etmək istədiyi vurğulanıb.
Türkiyənin 2021-ci ildə ümumi daxili məhsulunun 2,1 faizini müdafiəyə ayırdığını, bunun bir çox Avropa ölkəsindən daha çox olduğunu bildirən xəbərdə qeyd olunub ki, Ankara bununla NATO-nun 2 faizlik hədəfini keçib.
Məlumata görə, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) mütəxəssisləri Aselsan və TAI-ni dünyanın ən yaxşı 100 müdafiə şirkəti sırasına daxil edib.
Bildirilir ki, Türkiyədən Ukraynaya verilən "Bayraktar TB2"lər effektivliyini sübut edib. "Türkiyənin PUA-ları gələcəkdə hərbi gəmi üzərlərinə eniş edə biləcəklər"-deyə məqalədə əlavə edilir.
Cənubi Koreya kimi Asiya ölkələrinin artıq tank istehsalında dünya liderləri arasında olduğu, Türkiyənin də Altay tankının mühərriki üçün bu istehsalçılarla əməkdaşlıq etdiyi bildirilir.
Türkiyənin müdafiə sənayesindəki yüksəlişinin NATO üzvü ölkələrin özü də Qərb müdafiə alyansının üzvü olan Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar və silah embarqoları ilə sıx bağlı olduğuna diqqət çəkilib.