Rizvan Nəbiyev: “Vətən müharibəsinin yaratdığı geosiyasi reallıqlar parlament diplomatiyasının aktlivliyini şərtləndirir”

admin
Rizvan Nəbiyev: “Vətən müharibəsinin yaratdığı geosiyasi reallıqlar parlament diplomatiyasının aktlivliyini şərtləndirir”

"Vətən Müharibəsinin yaratdığı yeni geosiyasi reallıqlar parlament diplomatiyası sahəsində də aktlivliyin arıtırılmasını şərtləndirir".

"Operativ Media" xəbər verir ki, bunu Modern.az-a müsahibəsində Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 49 saylı Abşeron ikinci seçki dairəsindən deputatlığa bitərəf namizəd Rizvan Nəbiyev bildirib:

"VII çağırış Milli Məclisin müasir çağırışlara cavab verən və seçicilərin ümidlərini doğruldan bir orqan kimi fəaliyyət göstərəcəyinə əminəm. Milli Məclisimizin tərkibi seçicilərin göstərəcəyi etimadın nəticəsi olaraq müxtəlif ixtisaslı şəxslərdən ibarət ola bilər. Hesab edirəm ki, əvvəlki illərdə olduğu kimi siyasət, iqtisadiyyat, hüquq, təhsil, səhiyyə, kənd təsərrüfatı, ekologiya və digər sahələrdə dərin bilik və təcrübəyə malik şəxslərin parlamentdə təmsil olunmasına ehtiyac var. Bu, müxtəlif sahələr üzrə qanunvericiliyin daha da təkmilləşdirilməsinə, eləcə də yeni təşəbbüslərin irəli sürülməsinə töhfə verə bilər.Ümid edirəm ki, seçicilər beynəlxalq əlaqələr və diplomatiya sahəsində təcrübəsi olan şəxslərin də Milli Məclisdə təmsil olunması üçün etimad göstərəcəklər. Çünki bu, ölkəmizin parlament diplomatiyasından daha səmərəli şəkildə istifadə etməsinə zəmin yarada bilər. Mənim seçkiqabağı təşviqatda istifadə etdiyim şüarlardan biri belədir: “Güclü Parlament diplomatiyası sülhə və sabitliyə töhfədir”.

 

Digər xəbərlər