Çin Xalq Respublikasının sədri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün oktyabrın 30-dan noyabrın 1-dək Koreya Respublikasına səfər edəcək.
Operativ Media xəbər verir ki, bu haqda Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Cənubi Koreya Prezidenti Li Cae Myunqun dəvəti ilə Çin Xalq Respublikasının sədri Si Cinpin 32-ci APEC İqtisadi Liderlərinin Toplantısında iştirak etmək və dövlət səfərini həyata keçirmək məqsədilə oktyabrın 30-dan noyabrın 1-dək Cənubi Koreyanın Kyoncu şəhərinə səfər edəcək”, – deyə Çin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.






