Qeyrineft sektorunun və ixracın şaxələndirilməsinə hesablanmış layihələr ölkəmizin iqtisadi gücünü artırır.
"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.
"Azərbaycanda ilk vərəqə şüşə istehsalçısı olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti "AzerFloat" müəssisəsi də keyfiyyətli məhsul və ixrac potensialı baxımından fərqlənir. Ölkəmizdə yeni məhsul istehsalı təşəbbüslərini dəstəkləməyə davam edəcəyik",- deyə nazir bildirib.