23 Noyabr 2024, 15:29
"Real Madrid" Modriçin əvəzləyicisini "İnter"də tapdı
"Real Madrid" İtaliya çempionu "İnter"də 39 yaşlı xorvatiyalı yarımmüdafiəçi Luka Modriçə əvəzləyici tapıb.

"Operativ Media" "El Gol Digital"a istinadən xəbər verir ki, kral klubunun rəhbərliyi gələn yay İtaliya komandasının 27 yaşlı yarımmüdafiəçisi Nikolo Barellanı almaq niyyətindədir.
"Real" onun transferi üçün 60 milyon avro ödəməyə hazırdır, lakin "İnter" 80 milyon avro gözləyir.
Cari mövsümdə Barela "İnter"lə 13 matçda iştirak edib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.