Makron, Zelenski və Tramp arasında görüş bitib - YENİLƏNİB
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, görüş 20 dəqiqə davam edib.
Görüşdən sonra hər hansı bəyanat verilməyib. Tərəflər arasında görüş barədə razılıq isə əvvəlcədən əldə olunub.
Qeyd edək ki, seçki kampaniyası zamanı Tramp hələ inauqurasiyadan əvvəl 24 saat ərzində Ukrayna münaqişəsinə son qoyacağını, Kiyevə çoxmilyardlı yardımı dayandıracağını vəd edib.
Xatırladaq ki, Tramp və Zelenski 2019-cu ildə yanğından sonra yenidən qurulan Notr-Dam Katedralının açılış mərasimində iştirak etmək üçün Fransaya səfər ediblər.
22:00
Ukrayna prezidenti Volodimir Zelenski, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron arasında görüş başlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Görüş Yelisey sarayında keçirilir.
Qeyd edək ki, bu gün 40-dan çox ölkənin lideri və ya hökumət başçısı Notr-Dam kilsəsinin yenidən açılması münasibətilə Parisə toplaşıb.