Ukrayna Prezidenti Volodimir Zelenski güclü zəlzələyə görə Türkiyəyə humanitar yardımın göstərilməsi haqqında fərman imzalayıb.
"Operativ Media"nın xəbərinə görə, bu barədə Prezident Ofisi məlumat yayıb.
Məlumata görə, fərman Türkiyəyə lazımi yardımın göstərilməsini nəzərdə tutur.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə zəlzələ olub. Hadisə nəticəsində 3432 nəfər ölüb, 21 103 nəfər isə yaralanıb.






