Menyu

Hövsanda qaz olmayacaq

Operativ Media
Hövsanda qaz olmayacaq

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan Bağlar yaşayış sahəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Operativ Media  xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Suraxanı rayonu, Hövsan Qaz Tənzimləyici Məntəqədə aşkar olunmuş qaz sızmalarının ləğv olunması ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Məlumata əsasən, təmir-bərpa işləri aparılan müddətdə Hövsan qəsəbəsi, Hövsan Bağlar yaşayış sahəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər