Qırğızıstanda parlament seçkiləri başa çatıb

Şəfa Hüseynli
Qırğızıstanda parlament seçkiləri başa çatıb

Qırğızıstanda Joqorku Keneşə (parlament) növbədənkənar seçkilər üçün çoxmandatlı dairələr üzrə deputat mandatlarına namizədlərin irəli sürülməsi başa çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Respublikasının Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının məlumat yayıb.

Bildirilib ki, 365 kişi və 224 qadın olmaqla ümumilikdə 589 namizəd  irəli sürüb. Namizədlərin qeydiyyatı isə  noyabrın 9-dək davam edəcək.

Xatırladaq ki, 2025-ci ilin sentyabrında Qırğızıstan parlamentinin deputatlarından ibarət təşəbbüs qrupu parlamentin özünü buraxması və ardınca növbədənkənar seçkilərin keçirilməsini istəyib . Sentyabrın 25-də parlament özünü vaxtından əvvəl buraxmaq qərarına gəlib .

Digər xəbərlər