Qazaxıstan və Rusiya müdafiə nazirliklərinin rəhbərləri 2026-cı il üçün əməkdaşlıq planı imzalayıblar

Şəfa Hüseynli
Qazaxıstan və Rusiya müdafiə nazirliklərinin rəhbərləri 2026-cı il üçün əməkdaşlıq planı imzalayıblar

 Qazaxıstanın müdafiə naziri Dauren Kosanov və  Rusiyanın müdafiə naziri Andrey Belousovla danışıqlar aparıb. 

Operativ Media xəbər verir ki, bu barədə bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

Bildirilib ki, görüş Almatıda MDB Müdafiə Nazirləri Şurasının 85-ci iclası çərçivəsində baş tutub.

Qazaxıstan Müdafiə Nazirliyinin bəyanatına görə, görüşdə nazirlər regional təhlükəsizlik, hərbi təlimlərdə ikitərəfli əməkdaşlıq və hərbi-vətənpərvərlik tərbiyəsi məsələlərini müzakirə ediblər.

Bundan əlavə, Qazaxıstan departamentinin məlumatına görə, danışıqların yekununda iki ölkənin müdafiə nazirlikləri arasında 2026-cı il üçün hərbi əməkdaşlıq planı imzalanıb. 

Digər xəbərlər