Pedro mövsümün sonunda "Latsio"dan ayrılacaq

Əziz Əzizli
Pedro mövsümün sonunda "Latsio"dan ayrılacaq

"Latsio"nun hücumçusu Pedro Roma klubu ilə müqaviləsi başa çatdığı üçün yayda azad agent olacağını açıqlayıb.

Operativ Media  bu haqda "Football Italia"ya istinadən xəbər verir.

"Mən "Latsio"nun Avropa yarışlarına vəsiqə qazanmasını istəyirəm və sonra ayrılmağın vaxtı gələcək", - deyə Pedro bildirib.

38 yaşlı ispaniyalı bu mövsüm bütün turnirlərdə 9 matçda iştirak edib və bir məhsuldar ötürmə edib. O, 2021-ci ildən "Latsio"dadır. Cinah oyunçusu əvvəllər "Roma", "Çelsi" və "Barselona"da çıxış edib.

9 turdan sonra "Latsio" A Seriyasının turnir cədvəlində 12 xalla 11-ci yerdədir.

Digər xəbərlər