2025-2029-cu illərdə işğaldan azad olunmuş ərazilərə 20 milyard manat xərclənəcək

admin
2025-2029-cu illərdə işğaldan azad olunmuş ərazilərə 20 milyard manat xərclənəcək
2025-2029-cu illərdə Azərbaycan işğaldan azad olunmuş ərazilərinə 20 milyard manat xərc çəkəcək.

2025-2029-cu illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası xərclərinin 20 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.

Operativ Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

Sənədə əsasən, bu xərclər dövlət büdcəsinin əsaslı xərclərinin təxminən 30 %-ni təşkil edəcək.

Xatırladaq ki, 2021-2024-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,35 milyard manat vəsait ayrılıb. 2025-ci ildə isə bu istiqamətdə 4 milyard manat vəsait ayrılması nəzərdə tutulub.

Digər xəbərlər