Diplomatik korpusun nümayəndələrinin Qarabağa səfəri başlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev öz "X" hesabında paylaşım edib.
"Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə Füzuli hava limanına endik. Şuşaya və Xankəndiyə gedirik. Qarabağ Universitetinə və Xankəndidəki tələbələrə baş çəkəcəyik. Qarabağın və Şərqi Zəngəzurun münaqişədən sonra yenidən qurulması və transformasiyası heyranedicidir",- deyə paylaşımda qeyd olunub.






