Azərbaycanda zəlzələ olub

Nərmin Qocamanlı
Azərbaycanda zəlzələ olub
Şəki-Oğuz sərhədində 4 bal gücündə zəlzələ baş verib.

Aprelin 21-də Şəki stansiyasından 6 km Şərqdə, Şəki-Oğuz sərhədində zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Operativ Media-ya bildiriblər ki, yerli vaxtla saat 08:31-də qeydə alınan yeraltı təkanların maqnitudası 4-ə bərabər olub.

Zəlzələnin ocağı 17 kilometr dərinlikdə yerləşib.

 

Digər xəbərlər