Gürcüstan və Azərbaycan arasında sərnişin daşımaları üzrə dəmir yolu əlaqəsinin may ayının sonunda bərpa olunacağı gözlənilir.
Operativ Media xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Kütləvi İnformasiya Vasitələri yayıb.
Məlumata görə, tərəflər ilk sərnişin qatarının hərəkətə başlamasını rəmzi günlərə 26 may (Gürcüstanın Müstəqillik Günü) və 28 may (Azərbaycanın Respublika Günü) təsadüf edəcək şəkildə planlaşdırıblar.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumatı təsdiqləməyib.






