Özbəkistan, Qırğızıstan və Tacikistan dövlətlərinin sərhəd-keçid məntəqələri haqqında qanun layihəsi qəbul edilib

Şəfa Hüseynli
Özbəkistan, Qırğızıstan və Tacikistan dövlətlərinin sərhəd-keçid məntəqələri haqqında qanun layihəsi qəbul edilib

Qanunvericilik Palatasının deputatları Özbəkistan, Qırğızıstan və Tacikistan sərhədlərinin qovuşması haqqında sazişin ratifikasiyası haqqında qanun layihəsini qəbul edərək Senata göndəriblər.

Operativ Media xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.

Bildirilib ki, üç dövlətin sərhədlərinin qovuşduğu məntəqənin yeri və təmas nöqtəsi ərazisində dövlət sərhədi xətlərinin keçməsi müəyyən edilib . Danışıqlardan sonra prezidentlər uzaqdan dayanaraq üç ölkənin sərhədlərinin qovuşduğu ərazidə “Dostluq” stellasını təntənəli şəkildə açıblar.

Sazişə əsasən,  üç ölkə arasında mehriban qonşuluq, etimad və strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirəcək, bütün Mərkəzi Asiya regionunun beynəlxalq nüfuzunu daha da artıracaqdır.

Müqavilə həm də üç ölkə vətəndaşları arasında əlaqələrin intensivləşdirilməsi, sərhədyanı rayonlar arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, transsərhəd ticarətin artırılması, sərhədyanı rayonlarda müxtəlif infrastruktur layihələrinin birgə həyata keçirilməsi, yeni iş yerlərinin yaradılması üçün möhkəm hüquqi baza rolunu oynayacaq.

Qeyd edək ki, bu saziş 2025-ci il martın 31-də Şavkat Mirziyoyev, Emomali Rahmon və Sadir Japarov arasında Xocənd şəhərində keçirilən yüksək səviyyəli görüşdə imzalanıb.
 

Digər xəbərlər