Azərbaycan Bolqarıstanla bu ölkənin qazlaşdırılmasını müzakirə edib.
Operativ Media Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr Azərbaycanın energetika naziri Pərviz Şahbazovun İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja ilə keçirilən görüşdə aparılıb.
Görüşdə isə Azərbaycanla enerji sahəsində tərəfdaşlıqdan məmnunluq ifadə edilib. Bolqarıstanın enerjiyə tələbatının ödənilməsində əhəmiyyətli paya malik Azərbaycan təbii qazının ölkəyə faydalarından bəhs edilib. Türkiyə ilə sərhəddə interkonnektorun ötürücülük gücünün artırılması imkanları dəyərləndirilib.
Bolqarıstanda həyata keçirilən qazlaşdırma layihəsi üzrə irəliləyişlər nəzərdən keçirilib, həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında “yaşıl enerji” infrastrukturunun qurulması prosesindən irəli gələn məsələlər müzakirə edilib.
Həmçinin bu ölkənin naziri iyunun 2-4-də Bakıda keçiriləcək “Enerji Həftəsi”ndə iştiraka dəvət edilib.
***
14:50
Azərbaycanın energetika naziri Pərviz Şahbazov İstanbulda Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja ilə görüşüb.
Operativ Media xəbər verir ki, o bu barədə "X"də paylaşım edib.
"İstanbulda Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja ilə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin inkişafı, QazTədarükü və enerji əməkdaşlığının gündəliyində olan digər məsələlərlə bağlı müzakirələr apardıq", deyə paylaşımda qeyd olunub.