Azərbaycan və Suriya enerji sahəsində əməkdaşlığı müzakirə olunub.
Operativ Media xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Belə ki, İstanbulda keçirilən Təbii Resurslar Sammiti çərçivəsində Suriya energetika naziri Məhəmməd əl-Bəşir Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovla görüşüb.
Görüş zamanı iki ölkə arasında enerji sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Azərbaycan və Suriya arasında əməkdaşlıq sahələrinin genişləndirilməsi xüsusi qeyd olunub.