Kəlbəcərin “İstisu”yu yaxın vaxtlarda Belarusda satışa çıxarılacaq

Nərmin Qocamanlı
Kəlbəcərin “İstisu”yu yaxın vaxtlarda Belarusda satışa çıxarılacaq
Azərbaycanın “İstisu” mineral suyu yaxın zamanlarda Belarus bazarında satışa çıxarılacaq.

Azərbaycanın “İstisu” mineral suyu yaxın zamanlarda Belarus bazarında satışa çıxarılacaq.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan–Belarus biznes forumunda məlumat verib.

O bildirib ki, “İstisu” mineral suyunun Belarusa ixracı ilə bağlı müqavilə imzalanıb:

"Məhsul laboratoriya sınaqları üçün göndərilib və biz tezliklə müntəzəm ixracın başlanacağına ümid edirik".

 

Digər xəbərlər