Putin və Pezeşkian telefon danışığı aparıb - YENİLƏNİB

Əsəd Abbaslı
Putin və Pezeşkian telefon danışığı aparıb - YENİLƏNİB
Vladimir Putin və Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran prezidenti Məsud Pezeşkian və rusiyalı həmkarı Vladimir Putin telefon danışığı zamanı iki ölkə arasında əlaqələrin inkişafını müsbət qiymətləndiriblər.

Operativ Media xəbər verir ki, bu barədə İran liderinin mətbuat xidməti məlumat yayıb.

“İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında mükəmməl, konstruktiv və dostluq əlaqələrinin səviyyəsindən məmnunluq ifadə edərək, iki ölkənin prezidentləri əməkdaşlığın gedişatını və birgə layihələrin həyata keçirilməsini müsbət qiymətləndiriblər”, - deyə məlumatda bildirilir.

Mətbuat xidməti əlavə edib ki, prezidentlər söhbət zamanı İran və Rusiya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanması məsələsini müzakirə ediblər. Dövlət başçıları bu qərarı “Tehran və Moskva arasında münasibətlərin dərinliyinin bariz göstəricisi” və siyasət, iqtisadiyyat, ticarət, təhlükəsizlik sahələrində əməkdaşlığın möhkəmləndirilməsində dönüş nöqtəsi adlandırıblar.

14:42

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı zamanı beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi olub.

Operativ Media xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məlumata görə, liderlər İran və ABŞ arasında birbaşa olmayan görüşün gedişini müzakirə ediblər.

Rusiya lideri İranın hökumət başçısına Hürmüzqan əyalətinin Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

Digər xəbərlər