Menyu

Qazaxıstan yanacaq-energetika sektoruna süni intellekt tətbiq edir

Şəfa Hüseynli
Qazaxıstan yanacaq-energetika sektoruna süni intellekt tətbiq edir

Qazaxıstanda yanacaq-energetika sektorunda süni intellektlərin tətbiqi üzrə sürətləndirici qrup yaradılıb.

Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının energetika naziri Erlan Akkenjenov hökumətin iclasında qrupun yaradılması barədə məlumat verib.

Onun sözlərinə görə, qlobal təchizatçıları və İT şirkətlərini sənayedə mövcud AI həlləri ilə birləşdirən AI alyansı yaradılıb. Bundan əlavə, yerli İT tərtibatçılarına dəstək məqsədilə Nazirlik və Astana Hub rezidentləri süni intellekt həllərinin sənayedə birgə sınaqdan keçirilməsi və tətbiqinə dair memorandum imzalayıblar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər