Qadın həndbolçulardan ibarət “Azəryol” klubu heyətə yeni oyunçu cəlb edib.
Operativ Media xəbər verir ki, paytaxt təmsilçisi qazaxıstanlı sol cinah oyunçusu Aida Japarova ilə müqavilə imzalayıb. 25 yaşlı həndbolçu bundan əvvəl Qazaxıstanın “Astana” klubunda çıxış edib.
Aida Japarova komandada 25 nömrəli formada oynayacaq.






