Azərbaycanla Pakistan arasında kənd təsərrüfatı üzrə əməkdaşlıq memorandumu təsdiqlənib

admin
Azərbaycanla Pakistan arasında kənd təsərrüfatı üzrə əməkdaşlıq memorandumu təsdiqlənib
Azərbaycanla Pakistan arasında aqrar sahədə əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu təsdiq edib.

Operativ Media xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə qarşı tərəfə bildiriş göndərməlidir.

Digər xəbərlər