Xristian-Demokrat İttifaqının (XDI) lideri Fridrix Merts Bundestaqda Almaniyanın yeni, 10-cu Kansleri kimi and içib.
Operativ Media xəbər verir ki, mərasimi "Phoenix" telekanalı yayımlayıb.
“Alman xalqının rifahı naminə çalışacağıma, onun sərvətini artıracağıma, onu zərərlərdən qoruyacağıma, əsas Qanunu və federasiya qanunlarını gözləyib qoruyacağıma, vəzifə borcumu vicdanla yerinə yetirəcəyimə və hər kəsə qarşı ədalətli olacağıma and içirəm. Qoy Tanrı mənə kömək olsun”, – deyə Merts bildirib.
18:33
Almaniyada yeni kansler seçilib.
Operativ Media xəbər verir ki, Fridrix Merz Almaniyanın yeni kansleri olub.
Bundestaq onun namizədliyini ikinci cəhddə təsdiqləyib.
Siyasətçi tələb olunan 316 səsdən 325-ni toplaya bilib.
O, ilk cəhddə 310 səs toplamışdı.
Qeyd edək ki, bundan əvvəlki kansler Olaf Şolts idi.






