Bakıya məcburi eniş edən Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Moskvaya uçub.
Operativ Media xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.
***
16:07
Moskvaya yola düşən Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etmək məcburiyyətində qalıb.
Oparativ Media xəbər verir ki, bu barədə "İnformer" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Vuçiçin təyyarəsi Ukraynadakı müharibə və Rusiyanın hava məkanındakı hərbi əməliyyatlar səbəbindən Azərbaycanda məcburi eniş etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Vuçiç 9 May münasibətilə Qırmızı meydanda Qələbənin 80 illiyinə həsr edilmiş hərbi paradda iştirak etmək üçün Rusiya paytaxtına yola düşüb.






