Vyetnam lideri Azərbaycana dövlət səfərinə gəlib

admin
Vyetnam lideri Azərbaycana dövlət səfərinə gəlib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana dövlət səfərinə gəlib.

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mayın 7-də Azərbaycan Respublikasına dövlət səfərə gəlib.

Operativ Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

Şəkil Qalereyası

Vyetnam lideri Azərbaycana dövlət səfərinə gəlib - Şəkil 1
Vyetnam lideri Azərbaycana dövlət səfərinə gəlib - Şəkil 2
Vyetnam lideri Azərbaycana dövlət səfərinə gəlib - Şəkil 3

Digər xəbərlər