Gürcüstan: Tbilisidə ticarət mərkəzlərində partlayış təhlükəsi barədə məlumatlar əsassızdır - YENİLƏNİB

Əsəd Abbaslı
Gürcüstan: Tbilisidə ticarət mərkəzlərində partlayış təhlükəsi barədə məlumatlar əsassızdır - YENİLƏNİB
Xüsusi xidmətlər daha bir yalan məlumat üzərində işləyir.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Tbilisidə üç böyük ticarət mərkəzində partlayış təhlükəsi barədə məlumatı təkzib edib.

Operativ Media xəbər verir ki, xüsusi xidmət məlumatları yalan adlandırıb. 

"Xüsusi xidmətlər daha bir yalan məlumat üzərində işləyir", - qurumdan bildirilib. 

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti xarici diplomatik missiyaları milli kəşfiyyat xidmətlərinin işinə hörmətlə yanaşmağa, ictimai şərhlər hazırlayarkən ehtiyatlı olmağa və razılaşdırılmamış bəyanatlardan çəkinməyə çağırıb.

20:25

ABŞ-nin Gürcüstandakı səfirliyi Tbilisidə ticarət mərkəzlərində partlayış təhlükəsi ilə bağlı daxil olan məlumatla əlaqədar öz saytında fövqəladə xəbərdarlıq edib.

Operativ Media xəbər verir ki, səfirliyin Tbilisidəki regional təhlükəsizlik idarəsi səfirliyin bütün əməkdaşlarına növbəti xəbərdarlığa qədər bu ərazilərdən uzaq durmağı tövsiyə edib.

Əlavə məlumat verilməyib.

Gürcüstanın Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti hələlik bu xəbəri şərh etməyiblər.

Digər xəbərlər