Vyetnam liderinin Azərbaycana səfəri başa çatıb

admin
Vyetnam liderinin Azərbaycana səfəri başa çatıb

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfəri mayın 8-də başa çatıb.

Operativ Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.

Şəkil Qalereyası

Vyetnam liderinin Azərbaycana səfəri başa çatıb - Şəkil 1
Vyetnam liderinin Azərbaycana səfəri başa çatıb - Şəkil 2

Digər xəbərlər