Ağdamın Kəngərli kəndi 3 il fərqlə - VİDEO

Nərmin Qocamanlı
Ağdamın Kəngərli kəndi 3 il fərqlə - VİDEO

Ağdam rayonunun Kəngərli kəndində yenidənqurma işlərinə 2022-ci ildə başlanılıb.

Operativ Media xəbər verir ki, ərazinin müharibə dövründə böyük ziyan görməsindən sonra, Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda bərpa işləri sürətlə aparılır.

Kəndin yenidən qurulması çərçivəsində ilk mərhələdə 632 fərdi evin inşası nəzərdə tutulub.

Kəngərli kəndi 2 544 nəfər sakin üçün planlaşdırılıb və bu Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirilən ən geniş miqyaslı bərpa layihələrindən biridir.

Ötən gün Prezident İlham Əliyev Kəngərli kəndinin sakinlərinə evlərinin açarlarını təqdim edib.

Kəndə artıq köç prosesinə başlanılıb və sakinlər öz yeni evlərinə yerləşməkdədirlər.

Bununla yanaşı, inşaat işlərinin tam başa çatması və digər bərpa işləri davam edir.

Operativ Media Kəngərli kəndinin 3 ildəki dəyişimini təqdim edir:

 

Digər xəbərlər