Azərbaycan-Aİ enerji tərəfdaşlığının gündəliyindəki məsələlər müzakirə olunub

Nərmin Qocamanlı
Azərbaycan-Aİ enerji tərəfdaşlığının gündəliyindəki məsələlər müzakirə olunub

Energetika naziri Pərviz Şahbazov Avropa Komissiyasının Şərq Qonşuluğu və Genişlənmə Danışıqları üzrə Baş direktoru (DG ENEST) Qert Yan Kupman ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Pərviz Şahbazov "X" hesabında paylaşım edilib.

Nazir qeyd edib ki, görüş Azərbaycan-Avropa İttifaqı enerji tərəfdaşlığının gündəliyindəki məsələlərin müzakirəsi baxımından səmərəli keçib.

"Avropaya təbii qaz, yaşıl enerji və hidrogen tədarükü, bu kontekstdə mövcud və planlaşdırılan enerji dəhlizlərinin inkişafı, bu layihələrin enerji təhlükəsizliyində gələcək rolu, investisiya imkanları, eləcə də Azərbaycan-Aİ enerji dialoqunun növbəti iclasına dair fikir mübadiləsi apardıq", - nazir qeyd edib.

Digər xəbərlər