İyun ayının bayram və istirahət günləri açıqlanıb.
Operativ Media-nın məlumatına görə, iyun ayının təqvimi üzrə bir neçə mühüm bayram və rəsmi istirahət günləri müəyyən edilib.
Belə ki, 6 və 7 iyun tarixləri Qurban bayramına, 15 iyun Milli Qurtuluş Gününə, 26 iyun isə Silahlı Qüvvələr Gününə təsadüf edir.
Əmək Məcəlləsi və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 7 iyun şənbə günü olduğundan, beşgünlük iş rejimində çalışanlar üçün 9 iyun da qeyri-iş günü olacaq. Bununla da Qurban bayramı münasibətilə iyunun 6-dan 9-na qədər dörd gün ardıcıl istirahət günü olacaq.
Həmçinin, 15 iyun bazar gününə düşdüyündən, qanunvericiliyə əsasən, 16 iyun da qeyri-iş günü kimi müəyyən olunub.
26 iyun isə həftənin dördüncü gününə təsadüf edəcək.
Bununla da iyunda toplam 13 gün iş olmayacaq






