Məşhur azərbaycanlı bloger Hüseyn Həsənov barəsində Rusiyada çıxarılan “qiyabi həbs” qərarı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Operativ Media xəbər verir ki, o, bununla bağlı şəxsi Instagram hesabında paylaşım edib.
Bloger paylaşımında yazıb: “Bu gün mənim ad günüm deyil, amma diqqətiniz, narahatlığınız və isti sözləriniz üçün təşəkkür edirəm. Xəbərləri gördüm. Bəli, ‘qiyabi həbs’ gur səslənir, amma əslində hər şey bu qədər dramatik deyil”.
Həsənov qeyd edib ki, onunla bağlı vergi məsələləri ötən il artıq bağlanıb və hazırda vəkilləri mövcud vəziyyəti hüquqi yolla yoluna qoymaqla məşğuldurlar.
“Sonda hər şeyi araşdırıb nöqtə qoyacağıq. Yanımda olduğunuz üçün təşəkkür edirəm”, – deyə o əlavə edib.
Xatırladaq ki, Rusiya mətbuatı Hüseyn Həsənovun cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması işi üzrə qiyabi həbs edildiyini və axtarışa verildiyini yazmışdı.
O, həmçinin 2024-cü ilin iyun ayında vergi borclarına görə Federal Vergi Xidməti tərəfindən məhkəməyə verilmişdi. Daha sonra məlum olmuşdu ki, Həsənov 73 milyon rubldan çox olan borcunu ödəyib.
19:27
Rusiya azərbaycanlı bloger Hüseyn Həsənovu axtarışa verib.
Operativ Media xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən xəbər verir.
Məlumata görə, o, Rusiya Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsinə əsasən - xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulmasında ittiham olunur.
Qeyd olunub ki, bloqer 2024-cü ildən Rusiyada olmayıb, Azərbaycanda məskunlaşıb. Keçən il Moskvada Federal Vergi Xidməti 145 milyon rubl borcuna görə ona qarşı iddia qaldırıb.
Çirkli pulların yuyulması ittihamı ilə axtarışa verilən Hüseyn Həsənov barəsində qiyabi həbs qərarı verilib.
Onu 7 ilə qədər həbs cəzası gözləyir.







