Çin Latın Amerikasının 5 ölkəsinə 30 günlük vizasız giriş imkanı verəcək.
Operativ Media xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib.
O qeyd edib ki, Braziliya, Argentina , Çili, Peru və Uruqvay vətəndaşları 30 gündən çox olmamaq şərti ilə iş, turizm, ailə səfərləri və adi pasportlarla tranzit səyahətləri üçün vizadan azad olunacaqlar.






