Meksikada yol qəzasında 21 nəfər həyatını itirib

admin
Meksikada yol qəzasında 21 nəfər həyatını itirib

Meksikanın Oaxaca və Puebla ştatlarını birləşdirən magistral yolda beton qarışdıran maşın, avtobus və mikroavtobusla toqquşub.

Operativ Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qəza nəticəsində 21 nəfər həyatını itirib.

Səlahiyyətlilər bildiriblər ki, betonqarışdıran maşın başqa avtomobili ötmək istəyərkən qarşı zolağa keçib, əvvəlcə avtobusa, sonra isə mikroavtobusa dəyib. Yola yuvarlanıb və alovlanıb. Bölgəyə çoxlu sayda təcili yardım və xilasetmə qrupları göndərilib. 

Digər xəbərlər