ABŞ "Hizbullah" hərəkatının bir sıra yüksək rütbəli məmurlarına və onun maliyyələşdirilməsində iştirak edənlərə qarşı sanksiyalar tətbiq edib.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat verib.
Bəyanatda qeyd edilib: "İran və Livanda yerləşən bu şəxslər "Hizbullah"ın rəhbərliyi ilə əməkdaşlıq edir və beynəlxalq donorlardan əhəmiyyətli vəsaitlərin köçürülməsinə şərait yaradırlar ki, bu da "Hizbullah"ın maliyyələşdirilməsində mühüm rol oynayır. Dövlət Departamenti əvvəllər Hizbullahı beynəlxalq terror təşkilatları siyahısına daxil etdiyi üçün bu tədbirlər terrorizmlə mübarizə çərçivəsində həyata keçirilir".






