Avropa liderləri mayın 16-da Albaniyada keçiriləcək görüşdə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini müzakirə etməyə hazırlaşırlar.
Operativ Media xəbər verir ki, bu barədə Politico məlumat yayıb.
Məlumatda qeyd olunub ki, bu qərar Rusiya Prezidenti Vladimir Putinin mayın 15-də sülh danışıqlarında iştirak etmək üçün İstanbula gəlməməsindən sonra verilib.






