Portuqaliyada sabah növbədənkənar ümumi seçkilər keçiriləcək

Əziz Əzizli
Portuqaliyada sabah növbədənkənar ümumi seçkilər keçiriləcək

Portuqaliyada sabah növbədənkənar ümumi seçkilər keçiriləcək və 10,8 milyon qeydə alınmış seçici səs verəcək.

Operativ Media xəbər verir ki, 230 millət vəkilini seçmək üçün 19 siyasi partiya seçkilərdə iştirak edir. Ən çox millət vəkili isə Lissabon (48) və Porto (40) şəhərlərindən seçiləcək.

Sorğulara görə, Demokratik Alyansın az fərqlə seçkiləri qazanacağı gözlənilir, əsas müxalifət olan sol yönümlü Sosialist Partiyasının lideri Pedro Nuno Santos isə onlardan iki faiz geridə qalır.

Sorğular göstərir ki, heç bir siyasi partiyanın təkbaşına hakimiyyətə gəlmək üçün lazım olan səsi qazanacağı ehtimal olunmur.

Digər xəbərlər