İyunun 30-dan etibarən Rusiyaya vizasız gələn əcnəbi vətəndaşlar “Qosuslugi RuID” mobil tətbiqi vasitəsilə əvvəlcədən qeydiyyatdan keçməli və QR kodu almalıdırlar.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumatda qeyd olunub ki, sərhədi keçərkən QR kodun təqdim edilməsi tələb olunacaq .
Qeydiyyatdan keçmək üçün:
- şəxsi hesab yaratmaq;
- bir fotoşəkil və şəxsi məlumat yükləmək;
- Rusiyada qalma müddətini göstərmək lazımdır.
Ərizə səfərdən ən azı 72 saat əvvəl təqdim edilməlidir . Gəlmə zərurəti qəflətən yaranarsa (məsələn, ağır xəstəlik və ya yaxın qohumun ölümü), ərizə hətta planlaşdırılan gediş vaxtından 4 saat əvvəl verilə bilər.
Bu şəxslər qeydiyyatdan azad edilir:
- Belarusiya vətəndaşları;
- 6 yaşa qədər uşaqlar;
- vizası, müvəqqəti və ya daimi yaşayış icazəsi olan şəxslər.
- 6 yaşdan 18 yaşa qədər uşaqlar üçün ərizə valideynləri və ya qanuni nümayəndələri tərəfindən təqdim olunur - onların şəxsi qeydiyyat kodu da olmalıdır.
Bu tələb 2025-ci ilin yanvarında Rusiya hökumətinin qərarı ilə təsdiq edilib.






