İsrailin Qəzzanın müxtəlif ərazilərinə hücumları nəticəsində 30 nəfər ölüb

admin
İsrailin Qəzzanın müxtəlif ərazilərinə hücumları nəticəsində 30 nəfər ölüb

İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunisdə fələstinlilərin evlərinə və çadırlarına hücumlar təşkil edib.

Operativ Media xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Hava hücumu nəticəsində çoxu qadın və uşaq olmaqla 30 fələstinli həyatını itirib.

İsrail ordusu Xan Yunisin şimal-şərqində yerləşən Əl-Qara qəsəbəsinə də hücumlar edib. Lakin burada itki qeydə alınmayıb.

Digər xəbərlər