Rusiya Prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp iki ölkə arasında məhbus mübadiləsi planlarını müzakirə ediblər.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Uşakovun sözlərinə görə, liderlər arasında baş tutan telefon danışığında “9 nəfərə qarşı 9 nəfərin” dəyişdirilməsi üzərində iş aparıldığı bildirilib.
“Konkret olaraq Trampla telefon danışığında iki ölkənin məhbus mübadiləsindən bəhs edilib. Bu, mühüm humanitar aksiyadır. Artıq son aylarda bir neçə belə aksiya həyata keçirilib. Prezidentlər qeyd ediblər ki, hazırda ‘9 nəfərin 9 nəfərə’ mübadiləsi üzərində iş gedir,” – deyə o, jurnalistlərə bildirib.
Uşakov əlavə edib ki, danışıq səmimi və konstruktiv ab-havada keçib. Hər iki lider münasibətlərin normallaşmasına tərəfdar olduqlarını bildirib və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Eyni zamanda, söhbət zamanı Ukrayna mövzusu da toxunulub, lakin Uşakovun sözlərinə görə, Rusiya və Ukrayna arasında atəşkəs barədə konkret vaxt çərçivəsi və ya razılaşma müzakirə olunmayıb.
"Tramp Rusiyanı ABŞ-nin ən mühüm tərəfdaşlarından biri kimi görür,” – Uşakov əlavə edib.






