Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini Fransa XİN başçısı ilə dəyərləndirib

Əsəd Abbaslı
Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini Fransa XİN başçısı ilə dəyərləndirib

Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Operativ Media xəbər verir ki, həmsöhbətlər regional proseslər, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh sazişi çərçivəsində baş verən son gedişat ətrafında fikir mübadiləsi aparıblar.

Paşinyan Ermənistan hökumətinin sülh gündəminə sadiqliyini bildirib.

Digər xəbərlər